Bir gündə 53 nəfər saxlanıldı

10:30 17.01.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Yanvarın 16-da ölkə ərazisində qeydə alınan 58, əvvəlki dövrlərdən bağlı qalan 1 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

DİN-in Mətbuat Xidmətindən hafta.az-a verilən məlumata görə ⁠axtarışda olduğuna görə ümumilikdə 126, o cümlədən borclu şəxs qismində axtarışda olan 100 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 31, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 25 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 53 nəfər saxlanılıb.