Birmərtəbəli ev yanıb, 1 nəfər təxliyə edilib

23:11 04.01.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakı şəhərinin Nəsimi rayonunda bir-birinə bitişik tikilən birmərtəbəli evlərdən ümumi sahəsi 30 m² olan taxta konstruksiyalardan ibarət ev və içərisindəki əşyalar, ümumi sahəsi 60 m² olan evin pəncərə çərçivəsi və ümumi sahəsi 35 m² olan evin dam örtüyünün yanar konstruksiyaları 2 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən hafta.az-a verilən məlumata görə, yanğın zamanı 1 nəfər yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.

Evlərin qalan hissəsi və bitişik digər evlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.