Birmərtəbəli ev yanıb

19:28 12.07.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən hafta.az-a verilən məlumata görə, paytaxtın Xəzər rayonunda ümumi sahəsi 60 m² olan birmərtəbəli evin 2 otağının yanar konstruksiyaları 40 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.