“Biz ölkədə 12 il fasiləsiz sülhü qoruya bildik” - İrakli Kobaxidze

11:05 17.09.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

“Biz ölkədə 12 ildir fasiləsiz əmin-amanlığı qoruyub saxlaya bilmişik və hökumətimiz müstəqilliyini bərpa etdikdən sonra ölkədə müharibənin yaşanmadığı ilk hökumətdir. Bu, fəxr edə biləcəyimiz nailiyyətdir”.

Hafta.az-ın yazdığına görə, bu sözləri baş nazir İrakli Kobaxidze Gürcüstan Biznes Assosiasiyasının konfransında çıxışı zamanı bildirib.

Kobaxidze bildirib ki, bu müddətdə ölkədə sabitliyi pozmağa iki cəhd edilib. “Yadınızdadırmı, 2021-ci ildə nə baş verdi, süni şəkildə böhran yarandı, müxalifət parlamentə girmədi və biz bir il süni böhran altında yaşadıq. Bu böhran yalnız özünüidarə seçkilərindən - hakim partiya 43 faizlik baryeri keçdikdən sonra başa çatdı. Bundan sonra növbədənkənar parlament seçkiləri ilə bağlı müzakirələr bitib, lakin bu cür proseslər bütün hallarda biznesin və iqtisadiyyatın inkişafına əngəl törədir. Ona görə də biz hamımız gələcəkdə belə halların qarşısının alınmasına çalışmalıyıq”, - deyə baş nazir vurğulayıb. .

İrakli Kobaxidzenin sözlərinə görə, 2022-ci ilin iyununda hökumətin istefası tələbi ilə mitinqlər keçirilərkən ölkədə inqilabi proseslərin inkişafına süni cəhd edilib. Onlar müvəqqəti hökumətin yaradılması tələbini irəli sürüblər.

“Əgər bu cəhd uğurlu olsaydı, təbii ki, proseslər düzgün istiqamətdə inkişaf etməzdi. Bununla belə, sonda biz sabitliyi qoruya bildik və bu, bizə haqqında danışdığımız nəticələri verdi. Bu dörd il ərzində iqtisadiyyatın 40 milyard lari artdı. Təsəvvür edə bilərsiniz ki, bizdə süni şəkildə inkişaf edən bu cür düzgün olmayan proseslər olmasaydı, iqtisadiyyatın inkişafı üçün stimul nə qədər güclü olardı”, - deyə İrakli Kobaxidze bildirib.

Siyasət rubrikasından digər xəbərlər