Biz yeni texnologiyaların inkişafına tam nail ola bilməmişik - Qalib Qurbanov

18:45 15.10.2021 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Təəssüflər olsun ki, biz hələ yeni texnologiyaların inkişafına tam nail ola bilməmişik. Məsələn, yeni tətbiqlər, 5 G-nin tətbiqi, əşyalar interneti qabaqcıl ölkələrdə geniş şəkildə tətbiq olunur. Bizdə bu məsələlərdə müəyyən dərəcədə gerilik var.

Bu fikirləri hafta.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İctimai Şuranın sədr müavini, “Azərbaycan İnternet Cəmiyyəti”nin sədri Qalib Qurbanov deyib.

Onun sözlərinə görə, ölkə Prezidenti işğaldan azad olunmuş ərazilərdə yeni texnologiyaların tətbiqi ilə bağlı tapşırıqlar verib:

"Hazırda həmin ərazilərdə yeni texnologiyalara əsaslanan ağıllı kənd, ağıllı şəhər, ağıllı ev kimi müasir layihələr həyata keçirilir və bu proses davam etdiriləcək. Ona görə də biz rəqamsal nöqteyi nəzərdən bu sahədə tamamilə dönüş yaratmalıyıq. Yəni, proseslərin uzaqdan idarə olunmasında heç bir problem olmamalıdır. Rəqəmsal sahədə dönüş insan resurslarında yaradılmalıdır. Bu proses təhsildən başlamalıdır, orta, ali məktəblərdə İKT istiqamətində təhsilin səviyyəsi artırılmalıdır. Bununla paralel olaraq elektron xidmətlərin səviyyəsi yüksəldilməlidir. Yəni, elə bir mühit yaratmaq lazımdır ki, hər bir insan evdən cıxmadan öz işlərinin 60-70 faizini kompüter vasitəsilə təmin edə bilsin".

Oxunma sayı 42