Ermənistan yaxın vaxtlarda soydaşlarını Laçından çıxarmağa hazırlaşır. Hafta.az bildirir ki, bu barədə “Azadlıq” radiosunun erməni xidmətinin müxbirlərinə Laçında yaşayan ermənilər məlumat verib.
Onların sözlərinə görə, bu barədə ötən axşam Laçın şəhərinin “idarəsi”ndə xəbər tutublar. Son hadisələrə görə, ermənilər Laçın, Sus və Zabuxu Azərbaycanın nəzarətinə qaytarmalı olacaqlar.
Laçında qeyri-qanuni məskunlaşan Ermənistan vətəndaşlarından biri Anna Markaryan bildirib ki, Arayik Arutyunyanın əmri əsasında ona şəhəri tərk etmək əmri verilib. Eyni zamanda, Markaryan dəqiq hara köçürüləcəyini bilmir.
Həmçinin bildirilir ki, avqustun 4-də səhər saatlarında Laçın şəhərinin "erməni icmasının" üzvləri, eləcə də Zabux kəndinin “meri” Arayık “idarəsi”nə çağırılıb. Onlara avqustun sonuna kimi bütün laçınlıların təxliyyə edilməli olduğu barədə məlumat verilib. Eyni zamanda, Zabux kəndində qeyri-qanuni məskunlaşan ermənilərlə bağlı hansı göstərişlərin verildiyi barədə məlumat verilmir. “Azadlıq” radiosunun məlumatına görə, bu kəndin “meri” axşam saatlarında Xankəndindən qayıtsa da, yerli ermənilərin taleyi ilə bağlı konkret cavab verməyib.
Xatırladaq ki, Azərbaycan tərəfi Ermənistanla Qarabağ arasında nəqliyyatın Laçın dəhlizinə alternativ olan yeni yola keçirilməsini tələb edir, həmçinin Ermənistan vətəndaşlarının Laçın şəhərindən təxliyə edilməsində israrlıdır. Eyni zamanda, Laçın dəhlizinin bağlanacağı təqdirdə Zabux kəndinin Azərbaycanın nəzarətində qalacağı vurğulanır.