Boksçularımız Çində 4 medal QAZANDI-FOTO

17:55 29.08.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Yeniyetmə boksçulardan ibarət Azərbaycan millisi Çində təlim-məşq toplanışı çərçivəsində “Kəmər və Yol” beynəlxalq turnirinə qatılıb.

Azərbaycan Boks Federasiyasından hafta.az-a verilən məlumata görə, yığmamız Sincan-Uyğur Muxtar Rayonunda 19 ölkənin iştirakı ilə baş tutan yarışı 4 medalla başa vurub.

Boksçulardan Haqverdi Həsənov (63 kiloqram) turnirin qalibi olub. O, finalda qazaxıstanlı rəqibinə qalib gəlib. Səftər Məmmədzadə (+80 kiloqram) gümüş, Raul Heydərli (57 kiloqram) və Adil Zalov (70 kiloqram) bürünc medal qazanıblar.

Qeyd edək ki, komanda MDB Oyunlarına hazırlığı Çində davam etdirir. Millimiz sentyabrın 1-də Bakıya qayıdacaq.