Boksçumuz Tokio-2020-yə lisenziya qazanıb

17:40 05.06.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan yığması Tokio Yay Olimpiya Oyunlarına daha bir lisenziya qazanıb.

Hafta.az-ın məlumatın görə, bu uğura boksçu Cavid Çələbiyev imza atıb.

O, Fransanın paytaxtı Parisdə keçirilən Avropa Olimpiya Təsnifat Turnirində fərqlənib. 63 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz 1/8 finalda İrlandiya idmançısı Corc Batesə qalib gəlib.

Bu qələbə həm 1/4 finala, həm də Tokio-2020-yə vəsiqə üçün yetərli olub. Bu çəki dərəcəsində turnirin 8 ən yaxşısı Yaponiya paytaxtında iştirak hüququ qazanır.

Bununla da yığmamızın Tokio-2020-yə lisenziya sayı 25-ə çatıb. Çələbiyev bu siyahıda ikinci boksçudur. Onadək Tayfur Əliyev (57 kq) də bu hüquqa yiyələnib.

Qeyd edək ki, Tokio Olimpiadası bu il iyulun 23-dən avqustun 8-dək keçiriləcək.