Bolqarıstan 2 Rusiya vətəndaşının ölkəyə və Aİ-yə girişinə qadağa qoydu

09:05 28.02.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Bolqarıstanın Dövlət Milli Təhlükəsizlik Agentliyinin (DANS) verdiyi açıqlamada Rusiya vətəndaşları Vladimir Nikolayeviç Qoroçkin (40) və Tatyana Anatoliyevna Qoroçkinanın (38) 5 il müddətinə Bolqarıstana və bütün digər Avropa İttifaqına üzv ölkələrə girişinə qadağa qoyulduğu bildirilib.

Hafta.az-ın yazdığına görə, Rusiya Xarici Kəşfiyyat Xidmətinin əməkdaşları olduğu iddia edilən Qoroçkin və Qoroçkinanın “milli təhlükəsizliyə təhdid yaratdığı” bildirilib.

Açıqlamada Rusiya vətəndaşlarının bir müddət Bolqarıstanda yaşayaraq bu ölkənin vətəndaşlığını almağa çalışdıqları, bolqar kimliklərindən yararlanaraq müxtəlif Avropa ölkələrində casusluq etmək və Rusiya üçün kəşfiyyat məlumatları toplamaq niyyətində olduqları bildirilib.

2023-cü ilin sentyabrında Bolqarıstan Sofiyadakı Rus Kilsəsində işləyən 1 Rusiya və 2 Belarus vətəndaşını oxşar əsaslarla deportasiya edib.

Siyasət rubrikasından digər xəbərlər