Böyük Britaniyanın yeni baş naziri kim oldu?

16:37 23.07.2019 Müəllif:Cəmilə Hüseynli
Yazını böyüt
Yazını kiçilt

Böyük Britaniyanın yeni baş nazirinin adı bəlli oldu.

Hafta.az  xarici mətbuata istinadən xəbər verir ki, Boris Conson Böyük Britaniyanın yeni baş naziri seçildi. Qaydalara görə, yeni nazir vəzifəsinin icrasına iyulun 24-də başlayacaq.

Qeyd edək ki, bundan əvvəl Böyük Britaniyanın baş naziri olan Tereza Mey iyunun 7-si istefa vermişdi. O, bu addımı təqdim etdiyi yenilənən “Brexit” sazişi layihəsindən narazı qalan partiya üzvlərinin, o cümlədən hökumət nümayəndələrinin təzyiqi ilə atıb.