Yazını böyüt
Yazını kiçilt
Böyük Britaniya hökuməti İcmalar palatası deputatlarının ölkənin Avropa İttifaqının tərkibindən sazişsiz çıxmasına maneə olmamsı üçün oktyabrın 14-nə qədər parlamentin işini dayandırmağa hazırlaşır.
Hafta.az BBC telekanalına istinadla xəbər verir ki, hökumət Baş nazir Boris Consonun rəhbərliyi ilə kraliça II Elizabetin taxt nitqini (parlamentin yeni sessiyası bu nitqlə açılır) oktyabrın 14-nə təxirə salacaq. Bu səbəbdən İcmalar palatası deputatlarının Böyük Britaniyanın Avropa İttifaqından sazişsiz çıxmasını dayandırmağa vaxtları qalmayacaq.