“Avropa iqtisadiyyatının rəqabət qabiliyyəti ciddi çətinlik yaşayır. Əsas səbəblərdən biri isə Brüsselin yürütdüyü sanksiya siyasətidir. Müharibə sanksiyaları Avropa iqtisadiyyatına ciddi ziyan vurdu, hətta Rusiyadan qat-qat çox ziyan”.
Hafta.az-ın yazdığına görə, bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto deyib. Macarıstanın baş diplomatı bildirib ki, Brüssel sanksiyalarının inkişafı Avropa - Mərkəzi Asiya əməkdaşlığına da təsir etməyə başlayır.

“Çünki onlar Avropa İttifaqının sanksiyalarını sürətlə inkişaf edən Mərkəzi Asiya ölkələrinədək uzatmaq istəyirlər. Təsadüfi deyil ki, bölgə ölkələri üzülür, çünki bu sanksiyaların heç bir əsası yoxdur və reallıqları tamamilə görməzdən gəlirlər”, - cənab Siyarto deyib.
“Bu gün Qırğızıstan baş nazirinin müavini Daniyar Amangəldiyev məni ziyarət edərkən dedi ki, Brüssel dinc Orta Asiya ölkələrinə qarşı sanksiya siyasəti yürütməklə düz etmir. Çünki bölgə ölkələrinin Ukraynada gedən müharibə ilə heç bir bağlılığı yoxdur” deyən nazir Siyarto rəsmi Budapeştin mövqeyini açıqlayıb:
"Macarıstanın mövqeyi bəllidir: Brüsselin sanksiyalar siyasəti iflasa uğrayıb və bunu dəyişmək vaxtıdır!”.