Bu dəfə 80 nəfər saxlanıldı

11:16 05.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İyunun 4-də ölkə ərazisində qeydə alınan 70, əvvəlki dövrlərdən bağlı qalan 7 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

DİN-in Mətbuat Xidmətindən Hafta.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 176, o cümlədən borclu şəxs qismində axtarışda olan 139 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 35, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 8 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 80 nəfər saxlanılıb.