Yazını böyüt
Yazını kiçilt
Namizədlərin sayı 31 minə yaxındır. Seçkilər 4813 seçki məntəqəsində keçiriləcək. M.Pənahov seçkini işıqlandıran KİV-in fəaliyyətindən razılıq edərək yurnalistlərə təşəkkür edib. O deyib ki, seçki günü istənilən şəxs MSK-nın rəsmi saytına daxil olmaqla prosesin gedişini izləyə bilər. Həmçinin 500 məntəqədə quraşdırılmış web-kamera vasitəsilə seçkinin gedişini canlı olaraq izləmək mümkündür. Dekabrın 23-də gün ərzində 5 dəfə (saat 10:00, 12:00, 15:00, 17:00, 19:00) seçkinin gedişi ilə bağlı məlumatlar açıqlanacaq. Seçkini izləmək üçün DSK-larda 48.088, MSK-da isə 1160 müşahidəçi qeydiyyata alınıb. Seçkini 52 nəfər beynəlxalq müşahidəçi də izləyəcək. Onların arasında Avropa Şurası, Avropa İttifaqı, ATƏT, İFES kimi təşkilatların nümayəndələri də var. M.Pənahov bir daha dekabrın 23-də ölkə ərazisində qeyri-iş günü olduğunu bəyan edib. Belə ki, Seçki Məcəlləsinin 8.2-ci maddəsinə uyğun olaraq səsvermə günü seçki keçirilən ərazidə iş günü hesab edilmir. Dekabrın 23-də Azərbaycanda bələdiyyə seçkiləri keçirildiyindən ölkə ərazisində qeyri-iş günü olacaq. Səsvermə bu gün saat 8:00-da başlayacaq və 19:00-da başa çatacaq.
Onu da bildirək ki, seçkiləri müşahidə edənlər arasında ombudsman Aparatı da var. İnsan hüquqları üzrə müvəkkil Elmira Süleymanova Mərkəzi Seçki Komissiyası ilə birlikdə əlaqədar dövlət qurumlarının, dairə və məntəqə seçki komissiyalarının, yerli icra strukturlarının və polis orqanlarının, qeyri-hökumət təşkilatlarının və kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə respublikanın ayrı-ayrı rayonlarında əhali qrupları arasında, məcburi köçkünlərin məskunlaşdığı yerlərdə, icmalarda seçicilərin hüquq mədəniyyətinin yüksəldilməsi ilə yanaşı, səsvermənin demokratik, azad və şəffaf keçirilməsinə xidmət edən maarifləndirmə tədbirləri təşkil edir. Ombudsman aparatının mətbuat xidmətindən “Həftə içi“nə verilən məlumata görə, müvəkkil və aparatın əməkdaşları əvvəlki seçkilərdə müstəqil müşahidəçilər qismində müşahidələr aparmış, seçki prosesində aşkar edilmiş pozuntular MSK-nın “qaynar xətt“i ilə yaradılmış operativ əlaqələr nəticəsində aradan qaldırılıb. Seçki hüquqları ilə bağlı aparılan tədbirlərin davamı olaraq müvəkkilin tapşırığına əsasən, ombudsmanın regional mərkəzlərinin əməkdaşları əhatə etdikləri rayonlar üzrə yerli icra hakimiyyəti orqanları və dairə seçki komissiyaları (DSK) əməkdaşları, seçicilərlə bələdiyyə seçkilərinə hazırlıqla bağlı monitorinqlər keçiriblər.
Ötən illərdəki müsbət təcrübə nəzərə alınaraq E.Süleymanova, ombudsman təsisatının mərkəzi və regional ofislərinin 38 əməkdaşı 23 dekabr 2009-cu il tarixdə seçki prosesini Bakıda və ölkənin müxtəlif regionlarındakı seçki məntəqələrində, o cümlədən hərbi hissələrdə, istintaq təcridxanalarında, cəzaçəkmə müəssisələrində müstəqil müşahidəçilər qismində izləyəcək, nəticələr barədə MSK-nın “qaynar xətt“i vasitəsilə bu quruma operativ məlumat veriləcək. Onlar rəsmi qeydiyyatdan keçmiş, lazımi təlimat almış və Mərkəzi Seçki Komissiyasının nəşr etdiyi “Müşahidəçilər üçün yaddaş“ kitabçası, habelə vəsiqə ilə təmin olunublar.
Elnur