Bu ilin on ayında Rusiyanı 65 MİN İT VƏ PİŞİK TƏRK EDİB

10:00 29.11.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Bu il fevralın 24-dən oktyabrın 10-dək Rusiyanı öz sahibləri ilə tərk edən itlərin sayı 37194 baş, pişiklərin sayı isə 28,1 baş olub.

Hafta.az-ın yazdığına görə, bu haqda "Rosselhoznadzor" məlumat verib. Bildirilib ki, ölkəni sahibləri ilə tərk edən ev heyvanlarının sayı keçən illə müqayisədə 10,6 faiz azalıb. 2021-ci ilin eyni dövründə 44112 it və 28132 pişik ölkəni tərk edib. Sərhəd keçidlərində baytarlıq icazələri "Rosselhoznadzor"un məlumat bazasında saxlanılır.

“Uralskiye Avialiniy” aviaşirkətinin rəsmiləri ölkədən gedən heyvanların sayında qeydə alınan azalmanın sərnişin sayının azalması ilə paralel olduğunu bildirib.

Gəmiçilik şirkəti SDEK tərəfindən it gəzdirmə xidməti "Guldog"la birgə apardığı sorğu nəticəsində məlum olub ki, Rusiya vətəndaşlarının 47 faizi hansısa şəhərə və ya xarici ölkəyə köçərkən ev heyvanlarını tərk etməyə hazırdır.

Oxunma sayı 703