Bu Məhkəməyə 4 yeni hakim GƏLİR

14:55 03.07.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Konstitusiya Məhkəməsinə yeni hakimlər təyin olunacaq.

Hafta.az xəbər verir ki, bu barədə məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsində müzakirə olunaraq parlamentin plenar iclasına tövsiyə edilib.

Layihəyə əsasən, 4 nəfər Konstitusiya Məhkəməsinin hakimləri təyin olunacaq:

Rəşid Rzayev

Otari Qvaladze

Fərhad Tutayuk

Rauf Quliyev

Xatırladaq ki, Konstitusiya Məhkəməsinin 4 hakiminin - Kamran Şəfiyev, Ceyhun Qaracayev, Rövşən İsmayılov və Sona Salmanova - səlahiyyət müddəti başa çatır.