Yazını böyüt
Yazını kiçilt
Xəzər rayonunun Türkan qəsəbəsində yerləşən 6 saylı İnternat məktəbinin qarşısını su basıb.
Hafta.az xəbər verir ki, bu barədə Türkan qəsəbə sakinləri bildiriblər. Dediklərinə görə hər yağışdan sonra qəsəbənin mərkəzi gölməçəyə çevrilir.
Asfalt yolları su basır, piyadaların və avtomobillərin hərəkəti çətinləşir. Bu dəfə acınacaqlı mənzərə 6 saylı İnternat məktəbinin qarşısında yaşanıb.
Sakinlər qonşu məhəlləyə çəkilən borudan axan çirkli suyun da 6 saylı İnternat məktəbinin qarşısından axaraq gölməçə yaratdığını dilə gətiriblər.
Bildiriblər ki, qəsəbənin əksər küçələri bu vəziyyətdədir və kanalizasiya sistemi olmadığı üçün asfalt örtükləri yararsız hala düşür./Bizim.Media/