Bu qanunda da dəyişiklik edildi: Güzəşt tətbiq olunacaq

13:26 30.06.2026 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“Gömrük tarifi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi birinci oxunuşda təsdiqlənib.

Hafta.az xəbər verir ki, bu məsələ parlamentin bu gün keçirilən plenar iclasının gündəliyinə daxil edilib.

Qanun layihəsinə əsasən, sənədə “xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş Ələt azad iqtisadi zonasında Azad Zona hüquqi şəxsi tərəfindən tamamilə istehsal edilmiş və ya emala məruz qalma meyarlarına uyğun olaraq kifayət qədər emal olunmuş Azərbaycan Respublikası mənşəli malların həcminin azı 50 (əlli) faizinin ölkə hüdudlarından kənara ixracı şərti ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada Ələt azad iqtisadi zonasından əsas iqtisadiyyata gətirilməsi – malı istehsal və ya emal edən Azad Zona hüquqi şəxsinin təsis olunduğu tarixdən 15 il müddətində” məzmununda yeni maddə əlavə edilir.

Bu qanun 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək.