Bu qatarların intervalında DƏYİŞİKLİK EDİLİB

16:24 08.07.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

ADY tərəfindən dəmir yollarında aparılan təmir işləri səbəbindən Bakı-Balakən-Bakı marşrutu üzrə hərəkət qrafikində dəyişikliklər edilib.

Bu barədə hafta.az-a “Azərbaycan Dəmir Yolları” QSC-dən məlumat verilib.

Bildirilir ki, Balakən istiqamətində səfər müddəti müvəqqəti olaraq 20 dəqiqə, Bakı istiqamətində isə 12 dəqiqə uzadılıb.

Təmir işləri bitdikdən sonra qatarlar əvvəlki qrafiklə hərəkətini davam etdirəcək.Bu qatarlar üzrə hərəkət qrafikində dəyişiklik edilib (FOTO)