Bu rayonda su kəsiləcək

16:12 16.08.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Magistral su kəmərində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar Gəncə şəhərinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər yaranacaq.

“Azərsu” ASC-dən hafta.az-a verilən məlumata görə, hazırda qurumun briqadası və texnikası qəza yerində işləyir. Qəza aradan qaldırıldıqdan sonra suyun verilişi bərpa olunacaq.

 

 

Narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

Oxunma sayı 109