Bu terror aktı şəxsən mənə və ailəmə toxunub - Emin Ağalarov

09:00 23.03.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt
“Krokus Qrup”un birinci vitse-prezidenti Emin Ağalarov konsert zalında törədilmiş terror aktı nəticəsində ölənlərin ailələrinə başsağlığı verib.

Hafta.az xəbər verir ki, bu haqda  Emin Ağalarov instaqram hesabında yazıb.

“Krokus siti holl”da baş vermiş dəhşətli hadisələrlə əlaqədar həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verirəm. Bu terror aktı hər kəs üçün dəhşətli faciədir, şəxsən mənə və ailəmə toxunub. Acımızı təsvir edəcək söz tapmıram”, – Ağalarov bildirib.