Bu yol təmirə bağlandı

11:41 20.05.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Binəqədi rayonu, Zəngəzur küçəsində aidiyyəti dövlət qurumu tərəfindən yolda təmir işləri aparılır.

Hafta.az xəbər verir ki, bu barədə NİİM-in sürücülərə müraciətində deyilir.

"Bu səbəbdən Binəqədi şosesi istiqamətində nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılıb. Sürücülərin Nicat Mustafayev və Babadağ küçələrindən istifadə etmələri tövsiyə olunur", NİİM-dən bildirilib.