Türkiyəli aktyor Burak Özçivit Rusiyanın məşhur Yeni il temalı "Yolki" serialının 11-ci seriyasında rol alaraq rus kinosuna addım atıb. Filmdə özünü canlandıran Özçivit Tatarıstanın Almetyevsk şəhərində çəkilən “Zoluşka” nağılından ilhamlanan hekayədə rol alıb.
Hafta.az-ın “İzvestiya”ya istinadən yazdığına görə, çəkiliş zamanı ənənəvi tatar ləzzətləri və qonaqpərvərliyi ilə qarşılanan Özçivitə böyük maraq göstərilib. Filmdə Kristina Babuşkinanın canlandırdığı obraz Özçiviti aldatmağa çalışan qadını canlandırarkən, hekayənin təfərrüatları hələ açıqlanmayıb. Babuşkina Özçivitlə işləməkdən böyük zövq aldığını və aralarındakı harmoniyanın səhnələrin uğuruna böyük töhfə verdiyini ifadə edib.
“Yolki 11” filmi dekabrın 19-da Rusiyada nümayiş olunacaq.