Yazını böyüt
Yazını kiçilt
Hindistanın Karnataka kimi müxtəlif ştatlarında hicablı qız tələbələrə qarşı repressiya Cammu və Kəşmirə də yayılıb.
Hafta.az-ın "Mepa News"a istinadən yazdığına görə, Kəşmirin Şrinaqar şəhərindəki Vişu Bharti orta məktəbinin rəhbərliyi müsəlman qızların hicabla məktəbə daxil olmasına icazə verməyib.
Rəhbərlik “yuxarıdan gələn göstəriş”ə uyğun olaraq belə bir qərar qəbul etdiklərini bildirib.
Müsəlman qız tələbələr hicab taxmağa icazə verilmədiyi üçün məktəbin qarşısında etiraz aksiyası keçirib.
Tələbə qızlar açıqlama verərək, "Dedilər ki, hicab taxmaq istəyiriksə, mədrəsəyə getməliyik. Məktəb rəhbərliyi bizə deyir ki, hicab bağlamaqla məktəb mühitini pozuruq və guya ailəmizin adına ləkə gətiririk" bildiriblər.