Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu canlı yayımda Türkiyədəki suriyalı qaçqın və mühacirlərlə bağlı açıqlamalar verib, Moskvaya son səfərinin təfərrüatlarını paylaşıb.
Hafta.az-ın yazdığına görə, Türkiyənin xarici işlər naziri deyib: "Miqrasiya fenomendir, problemdir. Dünyanın heç bir ölkəsi "Mən qapılarımı açıram, ölkəmə kim gəlsə, gəlsin" demir. Əksinə, ehtiyat tədbirləri görür. Biz də öz dövlətimizlə bağlı çox ciddi tədbirlər gördük. Amma digər tərəfdən də unutmaq lazım deyil ki, üç tərəfimiz dənizlə haşiyələnib. Buna baxmayaraq miqrasiya dünyada davam edən və edəcək problemdir. Ona görə də vəziyyəti necə idarə edəcəyimizi düşünmək lazımdır. Bunu sadəcə nifrət və populizmlə həll edə bilməzsiniz. Biz çox sayda əfqanı geri göndərmişik. Suriyaya 550 min immiqrant qaytarmışıq. Amma bu rəqəm kifayət deyil, biz daha çox göndərəcəyik”.
XİN başçısı prezidentliyə namizəd Kamal Kılıçdaroğlunun Rusiya ilə bağlı açıqlamalarından sonra may ayında Türkiyəyə gələn rusiyalı turistlərin sayının 10 faizə düşdüyünü bildirib.
May ayında çox sayda rusun Türkiyəyə gəldiyini qeyd edən Çavuşoğlu, “Müxalifət qalib gəlsə, sanksiyalara daxil olsalar, geri qayıda bilməyəcəyəcəklərindən qorxaraq gəlmədilər. Bunun ölkəmizə çox böyük ziyanı var”, - deyərək vəziyyəti aydınlaşdırmaq üçün Moskvaya səfər etdiyini də bildirib.