Çavuşoğlundan Ermənistana XƏBƏRDARLIQ

13:29 08.08.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Türkiyə İkinci Qarabağ müharibəsi başlayarkən qəhrəman Azərbaycan ordusunun işğal altındakı torpaqlarını azad etməsini dəstəklədi.

Bunu Ankarada XIII Səfirlər Konfransında çıxışı zamanı Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib. O qeyd edib ki, torpaqların azad edilməsindən sonrakı addım regional əməkdaşlıq oldu.

"Hazırda biz regionda rifah və sülh üçün çalışırıq. Ermənistana təxribatları davam etdirməmələri üçün xəbərdarlıq edirik", - deyə M. Çavuşoğlu bildirib.

Son günlər bölgədə yaşanan gərginlik mövcud atəşkəsin nə qədər həssas olduğunu təkrar göstərdi. Mövlud Çavuşoğlu deyib.

O bildirib ki, Ermənistanla Türkiyənin xüsusi nümayəndələrinin görüşləri davam edir.

"Bunu Azərbaycan və Ermənistan arasındakı proseslərdən və əsas məqsədimiz olan bütün bölgədə normallaşma və əməkdaşlıq səylərimizdən ayrı düşünmürük. Son günlər bölgədə yaşanan gərginlik mövcud atəşkəsin nə qədər həssas olduğunu təkrar göstərdi. Bu müddət ərzində Azərbaycanla həmrəyliyimiz davam edəcək", - deyə M. Çavuşoğlu əlavə edib.

Azərbaycanın İkinci Qarabağ müharibəsindəki qələbəsi Cənubi Qafqazda sülhün və normallaşma prosesinin başlanmasına şərait yaratdı. Mövlud Çavuşoğlu deyib.

"Dost da, düşmən də bilsin ki, can Azərbaycan heç bir zaman yalnız deyil" - deyə M. Çavuşoğlu qeyd edib.

Oxunma sayı 238
Gündəm rubrikasından digər xəbərlər