Çaylarda sululuq müşahidə olunur

10:46 03.06.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Milli Hidrometeorologiya Xidməti çaylarda müşahidə edilən faktiki vəziyyət barədə məlumat yayıb.

Xidmətdən hafta.az-a bildirilib ki, avtomat hidroloji stansiyaların iyunun 3-ü saat 9:00-a olan məlumatına əsasən Böyük Qafqaz ərazisindən axan Əyriçayda 6, Kiçik Qafqaz ərazisindən axan Zəyəmçay və Gəncəçayda 2, Qarabağ və Şərqi-Zəngəzur bölgəsindən axan Quruçayda 11 santimetr artım müşahidə olunub. Kür çayının aşağı axınında Kür-Yevlaxda 6, Araz çayının yuxarı axınında isə 16 santimetr qeydə alınıb.