Hollivud ulduzlarının həsəd aparan qızları həmişə ictimaiyyətin diqqətindədir.
Hafta.az yazır ki, onların təkcə məşhur valideynlərinə görə deyil, həm də istedadlarına görə pərəstişkarları var. Onlardan bir neçəsi haqda söz açaq:
Kaya Gerber
Sindi Krouford və Rendi Gerberin qızıdır. Varlı sahibkar və supermodel varisi Kaya Gerber də valideynləri kimi cazibədar və istedadlıdır. O, anasının çalışdığı peşəni seçib və hazırda moda dünyasında çalışır.

Leni Klum
Heydi Klum və Silin qızıdır. 2004-cü ildə anadan olan Leni Klum iki il əvvəl modelliyə başlayıb. Əvvəlcə anası ilə birlikdə “Vogue Deutsch” jurnalının üz qabığında göründü. Bundan sonra Leni solo modellik karyerasına başladı. İndiyədək model “Glamour Germany”, “Harper's Bazaar Germany” və “ELLE” jurnallarının üz qabığında yer alıb. O, həmçinin Dior və Dior Beauty-nin səfiridir.
Modelin bioloji atası italyan iş adamı Flavio Briatoredir, lakin Haydi hamiləlik dövründə ondan boşanıb və Leni daha sonra musiqiçi Sil tərəfindən böyüdülüb.

Deva Cassel
Monika Belluççi və Vinsent Kasselin qızıdır. Gözəlliyinə görə anasından heç də geri qalmayan Devanın moda aləmində parlaq gələcəyi şübhəsizdir. 2019-cu ildə Cassel anasının uzun müddətdir əməkdaşlıq etdiyi Dolce&Gabbana brendi ilə müqavilə bağlamağı bacarıb. Markanın ətirlər şəbəkəsinin səfiri olan Deva ətir reklamına çəkilib. Modelliklə yanaşı, musiqi ilə də maraqlanır, gitara çalmağı və oxumağı yaxşı bacarır.

Midou Ualker
Pol Ualker və Rebekka Soterosun qızıdır. Midou, “Sürətli və Qəzəbli” franşizasında Brayan O'Konnor rolunu oynayan Pol Uokerin yeganə övladıdır. 2017-ci ildə Ualker DNA Models agentliyi ilə müqavilə imzaladı. O, həmçinin Proenza Schouler və Givenchy kimi brendlərlə işləyib. Midou yoqa, akupunktur və tibblə maraqlanır. O, 2015-ci ildə təsis etdiyi ətraf mühit təşkilatı The Paul Walker Foundation vasitəsilə atasının xeyriyyəçiliyini davam etdirir.
2021-ci ilin oktyabrında Midou Ualker Dominikanda aktyor Louis Tornton-Allanla evlənib. 2024-cü ilin fevralında cütlüyün boşandığı məlum olub.

Lili-Rose Depp
Conni Depp və Vanessa Paradisin qızıdır. Lili-Rose, aktyorluq karyerasına “The Task” (2014) filmində kamo rolu ilə başlayan və model olaraq davam edən fransız-amerikalı aktrisadır. O, 2015-ci ildən “Chanel” moda evinin simasıdır.

Karis Duqlas
Ketrin Zeta-Cons və Maykl Duqlasın qızıdır. Hollivudun ən gözəl aktrisalarından olan Ketrinin qızı Keris Duqlas hazırda 21 yaşındadır və məktəbdə oxuyandan özünü modellik sahəsində sınayır. O, anası ilə birlikdə moda sənayesi ilə bağlı müxtəlif tədbirlərdə iştirak etməyə başladı və sonra ilk olaraq İtalyan markası Fendi üçün çəkiliş etdi. Hazırda Keris Duqlas modellik karyerasını davam etdirir.

Lila Qreys Moss
Keyt Moss və Cefferson Hekin qızıdır. Model Keyt Moss da anasının yolu ilə gedib. 21 yaşında ilk dəfə reklam kampaniyalarında görünüb. 2020-ci ildə Miu Miu-nun çıxışlarında iştirak etdi. Daha sonra o, “Vogue Italia” və “Marc Jacobs Beauty” jurnallarının üz qabığını bəzədi.