Cəbrayılda yanğın törədən şəxs məsuliyyətə cəlb olundu

11:52 08.01.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Yanvar ayının 7-də Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin ərazisində əkin sahəsində yanğın törədən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

Daxili İşlər Nazirliyinin DİN-in mətbuat xidmətinin regional qrupundan Hafta.az-a bildirilib ki, araşdırmalarla yanğını 1960-cı il təvəllüdlü F. Abbasov tərəfindən törədildiyi müəyyən edilib. Hadisə nəticəsində 1 hektar ərazidə quru ot sahəsi yanıb. Onun barəsində toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib.