Dünya ulduzlarının bəziləri çox kök, bəziləri isə həddindən artıq arıqdır. Bu səbəbdən də onlar hər zaman çəkilərinə görə tənqid olunurlar.
Hafta.az olaraq həmin bəxtsiz ulduzlardan bəziləri haqda qısaca məlumat təqdim edirik:

Bella Hadid
Hətta gözəl model hesab edilən məşhur Bella Hadid də çəkisinə görə tənqidlərə məruz qalıb. Ulduzun sosial şəbəkələrdəki səhifəsində bir çox izləyicisi ona baxmağın qorxulu olduğu barədə şərhlər yazır.
Onu həm anoreksiya, həm də skelet adlandırırdılar. Amma başqalarının fikri onu qətiyyən maraqlandırmır - Bella ideal hesab etdiyi bədən formasından razıdır.

Ancelina Coli
Ancelina Colinin bədən forması daim əleydarları tərəfindən tənqid edilir. Çoxları hesab edir ki, aktrisa həddindən artıq arıqlamaqla xarici görünüşünü korlayıb. İndi baxmaq o qədər də xoş deyil, bəziləri hətta qorxulu olduğunu deyir.
Bred Pittdən boşandıqdan sonra xeyli arıqlaması onun üçün ciddi sınaq olub. Deyilənə görə, o zaman onun minimum çəkisi cəmi 35 kq olub. Coli bir qədər kökəlsə də, hələ də çox incədir.

Keyra Naytli
Keyra Naytli həmişə çox arıq olub və bu, sevənlərinin gözündən qaçmayıb. Bir dəfə onu hətta anoreksiya adlandırdılar, bu da aktrisanı əsəbiləşdirir. Həmin vaxtdan qızının aktrisa olmasına heç vaxt icazə verməyəcəyini deyir.

Selena Qomez
Selena da bədən quruluşuna görə bir neçə dəfə nifrət hədəfinə çevrilib. Müğənniyə kök, hətta eybəcər deyirlər. Bu şərhlər, təbii ki, müğənnini dərindən üzüb və o, öz bloqunda tez-tez kilolu insanlara münasibətini müzakirə edir.

Ledi Qaqa
Ledi Qaqa həmişə qeyri-adi görünüşünə görə tənqid edilib və 2017-ci ildə hətta bədən formasına görə hücumlara məruz qalıb. Super Bowl-da çıxışı zamanı bir çox insan müğənnini çox kök adlandırıb və onun qüsurlarını ictimaiyyətə göstərməməsi qərarına gəliblər. Ledi Qaqa sadəcə pisləyənlərə məhəl qoymur, çünki onların fikri müğənni üçün əhəmiyyət daşımır.