Yazını böyüt
Yazını kiçilt
Futbol üzrə Asiya Çempionlar Liqasında qrup mərhələsinin oyunları təxirə salınıb.
Hafta.az-ın Asiya Futbol Konfederasiyasının (AFC) rəsmi saytına istinadən məlumatına görə, mart və aprel aylarına planlaşdırılan matçların baş tutmamasına səbəb koronavirus epidemiyasının yayılmasıdır.
Qrup mərhələsinin qarşılaşmaları 19 - 24 mayda, pley-off oyunları isə avqustda olacaq.
Qeyd edək ki, daha öncə İran və Cənubi Koreya təmsilçilərinin turnirdəki görüşləri təxirə salınıb.