“Cənub Qaz Dəhlizi yaxın gələcəkdə Avropanın enerji xəritəsini dəyişəcək” – Sona Əliyeva

11:22 02.08.2019 Müəllif:Tural Turan
Yazını böyüt
Yazını kiçilt

“Cənub Qaz Dəhlizinin fəaliyyətə başlaması nəticəsində Azərbaycan əlavə gəlir əldə edəcək. Bu həm də ölkə iqtisadiyyatının dayanıqlı inkişafını təmin edən əsas faktorlardandır. Ekspertlərin hesablamalarına görə, Cənub Qaz Dəhlizi layihəsindən 2046-cı ilədək gəlirlərin həcmi, təxminən, 40 mlrd. ABŞ dolları təşkil edəcək. Eyni zamanda, Cənub Qaz Dəhlizi Avropa İttifaqının qaz bazarları ilə dünyanın ən böyük qaz yataqlarından biri arasında birbaşa əlaqə qurulmasına xidmət edəcək”.

Bunu hafta.az-a açıqlamasında millət vəkili Sona Əliyeva deyib. Millət vəkili bildirib ki, bu gün iqtisadi inkişafımız üçün əsas sektor neft-qaz sahəsidir: “Ölkə başçımız cənab İlham Əliyevin uzaqgörən, düşünülmüş və balanslı siyasəti nəticəsində bu sahədə də çox önəmli addımlar atılıb. Cənub Qaz Dəhlizinin icrası ilə bağlı çox əhəmiyyətli işlər görülüb. Hazırda Cənub Qaz Dəhlizinin icrası sona yaxınlaşır. Ölkə başçımızın da müşavirədə vurğuladığı kimi artıq onun sonuncu seqmentinin icrası başa çatır.İlkin mərhələdə əsas qaz ixracatçılarının Azərbaycan, Türkmənistan və İraq olması gözlənilir. Amma gələcəkdə İran və Misir də bu kəmərə qoşula bilər. Cənub Qaz Dəhlizi ilə bağlı mühüm faktor ondan ibarətdir ki, bu layihə sürətlə reallaşır.Şübhəsiz ki, 2020-ci ildən etibarən layihə Cənub və Cənub-Şərqi Avropa və daha geniş ərazinin enerji xəritəsini dəyişəcək. Hesab edirəm ki, Cənub Qaz Dəhlizinin fəaliyyətə başlaması nəticəsində Azərbaycan əlavə gəlirlər əldə edəcək”.