Ceyhun Bayramov: “Azərbaycan Şimal-Cənub dəhlizinin genişləndirilməsinə hazırdır”

16:20 04.07.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Azərbaycan Şimal-Cənub nəqliyyat dəhlizinin ötürücülük qabiliyyətini artırmağa və Rəşt-Astara dəmiryolununun tikintisinə görə məsuliyyəti öz üzərinə götürməyə hazırdır”.

“Report” “Mehr”ə istinadən xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir-Abdullahian ilə keçirdiyi birgə mətbuat konfransında deyib.

Regionda sülhün bərqərar olmasından danışan XİN rəhbəri Azərbaycanın Ermənistan ilə münasibətləri normallaşdırmağa səy göstərdiyini söyləyib.

“Biz Azərbaycan və Ermənistan arasında nəqliyyat əlaqəsinin və beynəlxalq əlaqənin bərpasına hazır olduğumuzu bəyan etmişik və iki ölkə arasında sərhəddin delimitasiya haqqında təklif irəli sürmüşük”, - Ceyhun Bayramov bildirib.

Oxunma sayı 370
Gündəm rubrikasından digər xəbərlər