Ceyhun Bayramov almaniyalı həmkarı ilə görüşüb

22:07 14.02.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Almaniyanın xarici işlər naziri Yohan David Vadeful ilə görüşüb.

Hafta.az xəbər verir ki, bu barədə XİN-in sosial media hesabında məlumat verilib.

Müzakirələr Azərbaycan-Almaniya ikitərəfli əlaqələrinin, o cümlədən siyasi dialoq, enerji təhlükəsizliyi, yaşıl keçid, ticarət, nəqliyyat və humanitar əməkdaşlığın inkişafına yönəldilib.

Regional inkişaflar, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşma prosesi, münaqişədən sonrakı bərpa səyləri də müzakirə olunan mövzular sırasında olub.