Çin çempionatı bu tarixdə bərpa olunacaq

14:46 19.04.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Çin Futbol Federasiyaları Assosiasiyası futbol çempionatlarına iyun və ya iyul aylarında start vermək istəyir.

Hafta.az goal.az-a istinadən xəbər verir ki, fevralın 22-də başlaması nəzərdə tutulan Super Liqa qeyri-müəyyən müddətə təxirə salınmışdı.

Federasiya klublara çempionatın davamına hazırlaşmaq üçün bildiriş göndərib. Çempionatın başlayacağı vaxt dəqiq bilinməsə də, mövsüm öncəsi futbolçular 2 dəfə COVID-19 testi verəcək.