Çində COVID-19 epidemiyasının pik dövrü sona çatıb.
Bunu ölkənin səhiyyə məsələləri komitəsinin rəsmi nümayəndəsi Mi Fen deyib.
“Hazırda Uxan şəhəri istisna olmaqla, Xubey əyalətinin digər şəhərlərində artıq bir həftədir yeni yoluxma halları müşahidə olunmur. Xubey əyaləti xaricində xəstəlik yeddi nəfərdə qeydə alınıb ki, onlardan altısı ölkəyə xaricdən daxil olan insanlardır”, - deyə Mi Fen bildirib.
Bu ərəfədə Dünya Səhiyyə Təşkilatı Çindən dünyaya yayılan koronavirus epidemiyasını pandemiya elan edib. Təşkilatın açıqladığı son məlumata görə, dünya üzrə yeni koronavirusa yoluxan insanların ümumi sayı 114 ölkədə 125 min nəfərə çatıb və onlardan 4615-sı ölüb. Hazırda ən təhlükəli vəziyyət İtaliya, İran, Cənubi Koreya, Fransa, İspaniya və Almaniyada müşahidə edilir.