ABŞ-ın Çindəki səfiri Nikolas Börns Pekinin "düzgün seçim edəcəyinə" və Rusiyanı Ukraynadakı müharibəni dayandırmağa inandıracağına əmin olmaq istədiyini bildirib.
Hafta.az-ın “Europeyskaya Pravda”ya istinadən yazdığına görə, Börns bu barədə “ABŞ-ın Qlobal Liderlik Koalisiyası” qeyri-hökumət təşkilatının təşkil etdiyi tədbirdə bildirib.
"Biz çox ümid edirik ki, onlar düzgün seçim edəcəklər, lakin Çin üçün düzgün seçim Rusiyanı beynəlxalq hüquqa riayət etməyə, qoşunlarını çıxarmağa, Ukraynanın suverenliyini və ərazi bütövlüyünün bərpasına məcbur etməkdir", - ABŞ səfiri deyib.
O vurğulayıb ki, dünya Pekindən belə hərəkətlər gözləyir, baxmayaraq ki, Çin hökumətinin konkret nə edəcəyini proqnozlaşdırmaq mümkün deyil. "Ancaq bu, açıq-aydın tərəfdar olduğumuz şeydir və onlar bizim mövqeyimizi bilirlər", - deyib Börns.
Diplomat həmçinin qeyd edib ki, bu yaxınlarda Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəsinin həlli yollarını tapmaq üçün Avropaya səfər edən Çin səfiri Li Hui ilə görüşüb. Mayın sonunda Li Ukraynaya səfər edib və prezident Vladimir Zelenski ilə bir araya gəlib.
“The Wall Street Journal”ın nəşrindən sonra avropalı diplomatlara istinadən məlumat yayılıb ki, Li Hui Rusiyanın Ukrayna ərazilərini işğalını tanımaqla yanaşı, dərhal atəşkəsə çağırıb. Lakin Xarici İşlər Nazirliyinin rəhbəri Dmitri Kuleba bu açıqlamaları təkzib edib.
Çin rəsmi olaraq Rusiya-Ukrayna müharibəsində bitırəf qaldığını desə də, Moskvaya iqtisadi və siyasi yardım göstərir, amma Ukraynanın da ərazi bütövlüyünü dəstəkləyir.