Çindən 5 milyon doza vaksin alınmasına dair müqavilə əsasında Azərbaycana 500 min doza peyvənd gətirilib 

14:42 01.04.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"10 gün əvvəl - martın 21-də Çinlə Azərbaycan arasında bağlanan 5 milyon doza ilə bağlı müqaviləyə əsasən Azərbaycana bu gün peyvənd gətirilib".

Hafta.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Səhiyyə nazirinin müavini Viktor Qasımov deyib. O bildirib ki, bu gün 500 min doza "Coronavac” vaksini gətirilib.

V. Qasımov qeyd edib ki, Prezident İlham Əliyevin Çin Xalq Respublikasına müraciəti əsasında qısa müddətdə müqavilə imzalanıb: "Muqavilə əsasında ilk peyvənd partiyası bu gün Azərbaycana gətirildi. Peyvənd işlərini nə qədər sürətlə aparsaq, ölkədə epidemioloji vəziyyət o qədər stabilləsəcək".