Çindən Azərbaycana növbəti vaksin partiyası gətirilib

13:40 01.04.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Çindən Azərbaycana növbəti vaksin partiyası gətirilib.

Hafta.az-ın məlumatına görə, Çinin “Sinovac”şirkətinin istehsalı olan “Coronavac” vaksininin növbəti partiyası bu gün ölkəyə çatdırılıb.  

Qeyd edək ki, Çinin "Sinovac" şirkətinin istehsalı olan 4 milyon doza “CoronaVac” vaksininin Azərbaycana gətirilməsinə dair razılıq əldə olunub. Bundan əvvəl ölkəyə vaksin partiyası gətirilib. 

Azərbaycanda vaksinləşmə prosesinə bu il yanvarın 18-dən start verilib. İndiyədək ölkədə ümumilikdə 547 541 nəfər vaksinasiyadan keçib.

Vaksinləşmə vətəndaşlar üçün pulsuzdur.