Çindən gələn nümayəndə heyəti videokonfrans keçirdi

16:36 12.08.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Avqustun 12-də "Yeni Klinika" tibb müəssisəsinin Təlim-tədris mərkəzində Çin Xalq Respublikasından gələn nümayəndə heyəti, pandemiya xəstəxanalarının rəhbərləri və aparıcı mütəxəssislərin iştirakı ilə videokonfrans keçirilib.

Hafta.az-ın məlumatına görə, videokonfransda koronovirus infeksiyasına yoluxmuş şəxslərin ÇXR-da və ÜST-ün protokolları əsasında müalicəsi, eyni zamanda xəstəliyin müalicəsində Çin xalq təbabətinin tətbiqi mövzusunda çıxışlar dinlənilib və təqdimatlar nümayiş etdirilib.

Oxunma sayı 3032