DİM “Abituriyent”in xüsusi buraxılışında düzəliş etdi

15:25 21.01.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Dövlət İmtahan Mərkəzi qəbul imtahanının I mərhələsi və tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı üçün nəşr olunan “Abituriyent” jurnalının xüsusi buraxılışında düzəliş edib.

DİM-dən hafta.az-a verilən xəbərə görə, “Abituriyent” jurnalının xüsusi buraxılışında (Azərbaycan və rus bölməsi, səh.3) “TC altqrupuna daxil olan ixtisaslar – Beynəlxalq münasibətlər, Regionşünaslıq, Tarix və coğrafiya müəllimliyi” kimi qeyd olunan ixtisaslar, Beynəlxalq münasibətlər və Regionşünaslıq kimi olmalıdır.

TC altqrupuna yalnız Beynəlxalq münasibətlər və Regionşünaslıq ixtisasları daxildir.

Oxunma sayı 95