Yazını böyüt
Yazını kiçilt
Dağlıq Qarabağdan əhalinin təxliyəsinə başlanılıb.
APA-nın Moskva müxbirinin verdiyi xəbərə görə, bu barədə Rusiyanın “İzvestiya” media resursu Xankəndindəki müxbirinə istinadən məluma yayıb.
Müxbirinin verdiyi xəbərə görə, insanlar kütləvi şəkildə Ermənistana gedirlər: “Onlar Rəvana göndərilir. Deyirlər ki, onları orada mütləq qarşılayacaqlar. Polis yoldan avtomobillə keçənləri saxlayır. Avtomobili olanlar Dağlıq Qarabağ əhalisini pulsuz Ermənistana daşıyır”.