Daha 6 koronavirus xəstəsinə cinayət işi açıldı

11:47 08.01.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ölkə üzrə barələrində cinayət işi başlanılan aktiv COVID-19 xəstələrinin sayı açıqlanıb.

Bu barədə hafta.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Belə ki, yanvarın 7-də ev şəraitində müalicə təyin edilən 7 nəfər aktiv COVID-19 xəstəsi ictimai yerlərdə müəyyən olunub saxlanılaraq evə qaytarılıblar. 6 nəfər barəsində Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb.

Hazırda istintaq araşdırmaları davam etdirilir.