Daha bir idmançımız çempion oldu

12:44 17.04.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan idmançısı Tofiq Quliyev bilyard üzrə Avropa çempionu olub.

 

Bu barədə hafta.az-a Azərbaycan Bilyard Federasiyasından məlumat verilib.

O, Moldovanın paytaxtı Kişinyovda keçirilən bilyardın piramida növü üzrə Avropa çempionatında qızıl medal qazanıb. Yarışda 7 ölkədən 70 bilyardçı mübarizə aparıb.

 

İkinci yeri ukraynalı Dmitro Pokotilski tutub. Digər təmsilçimiz Niyazi Xələfov isə 3-cü pillədə qərarlaşıb.

Oxunma sayı 39