Daha bir rayonda qaz olmayacaq

18:53 07.04.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Sabah Biləsuvarın bir hissəsinin qaz təchizatında fasilə yaranacaq.

"Azəriqaz"dan hafta.az-a verilən məlumata görə, Biləsuvar rayonu Xırmandalı kəndində yerləşən əsas paylayıcı yeraltı qaz xəttində qaz sızması aşkar edilib.

Aşkar olunmuş nasazlığın aradan qaldırılması məqsədilə 8 aprel saat 10:00-dan etibarən təmir işləri başa çatanadək ümumilikdə 600 abonentin qaz təchizatı müvəqqəti dayandırılacaq.