Daşkəsəndə kəndlərə qaz çəkilir

12:47 31.07.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Daşkəsənin tarix boyu mavi yanacaq görməyən kəndlərinə qaz xətləri çəkilir. Dağ rayonlarımızdan olan Daşkəsənin qazlaşdırılması işlərinin növbəti mərhələsində bir-biri ilə qonşuluqda yeləşən 3 yaşayış məntəqəsinə qaz çəkilir.

SİA-nın bölgə muxbiri məlumat verir ki, rayonun Quşçu, Quşçu-körpü və Daşkəsən-qəsəbə adlı yaşayış məntəqələrinin qazlaşdırılması intensiv surətdə davam etdirilir. Bu üç məntqəyə qaz çəkilməsi layihəsi üzrə birpilləli sistemlə, ümumi uzunluğu 17 kilometr olan müxtəliıf diametrli qaz boruları çəkilib-quraşdırılır. Üç məntəqədə ümumilikdə 268 abonent mavi yanacaqla təmin olunacaq.

Bu istiqamətdə qaz xətlərinin çəkilməsinə İyun ayından başlanılıb. Artıq işlərin 80 faizi başa çatıb. Xətlərin quraşdırılmasından sonra bütün abonentlər müasir tipli sayğaclarla da təmin olunacaq. Daşkəsən rayonunun Quşçu, Quşçu-körpü və Daşkəsən-qəsəbə yaşayış məntəqələrinin qazlaşdırılması işləri avqust ayının sonuna kimi yekunlaşdırılacaq.