Dəm qazı daha bir can aldı

10:21 08.01.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Sumqayıtda 23 yaşlı oğlan dəm qazının qurbanı olub.

Hafta.az xəbər verir ki, hadisə Ceyranbatan bağları ərazisində qeydə alınıb.

Belə ki, 2003-cü il təvəllüdlü Musa Nazim oğlu Məmişov yaşadığı evdə dəm qazından zəhərlənərək həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.