Dəmir məhəccərləri oğurlayan şəxs saxlanıldı

12:26 16.01.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Abşeron rayonu, Xırdalan şəhərində binaların qarşısından dəmir məhəccərlərin oğurlanması barədə polisə müraciət daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Hafta.az-a verilən məlumata görə, Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində oğurluq etməkdə şübhəli bilinən 33 yaşlı Z.Həsənzadə saxlanılıb.

Araşdırmalar davam etdirilir.