Deputatları hədələdilər: “Yəhudi qisasçılar heç vaxt unutmurlar”

10:05 27.02.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

İsrail Parlamenti Knessetinin spikeri Amir Ohana, özlərini “İsrail qisasçıları” adlandıran qrupun bəzi hökumət üzvlərinə və onların ailələrinə təhdid məktubları göndərdiyini açıqlayıb.

Hafta.az-ın yazdığına görə, Ohana qeyd edib ki, o, daxili kəşfiyyat xidməti Şin Betdən məktubların araşdırılmasını istəyib.

Məktublarda Həmas-ın 7 oktyabrda “Əqsa tufanı” əməliyyatına səbəb olan uğursuzluqlara görə deputatların yaxınlarından qisas alınacağı bildirilib. Qeyd olunub ki, məktubların göndərildiyi şəxslər arasında Binyamin Netanyahunun Likud Partiyasından olan deputat, “Likud”un digər deputatı Moşe Saadanın qardaşı və radikal sağçı “Otzma Yehudit”dan millət vəkili Yitzhak Vasserlaufun anası Tali Qotliv də var.

Cümə günü poçtla ona göndərilən məktubun fotolarını sosial media hesabında paylaşan Qotliv, “Şəxsi poçt ünvanıma gələn bu məktubu solçu bir şəxs alsaydı, hazırda qapısında mühafizəçilər gözləyirdi" deyib.

Gotliv tərəfindən nəşr olunan məktubun yuxarı sol küncündə Davidin ulduzu və yumruq var. Loqoya bənzəyən bu şəklin altında “Yəhudi qisasçılar heç vaxt unutmazlar!” sözləri yazılıb.

Məktubda həmçinin deyilir: “Biz özümüzü ələ vermədən mütləq bir qohumunuzun yerini təsbit edəcəyik. Hesab edirik ki, 7 oktyabrda günahlandırılmalı olanlar oktyabrın 6-da ölkəni idarə edən koalisiyadır. Onların heç birinə bu müharibədən şəxsi ziyan dəyməyib. Sizə hücum hər bir deputatın şəxsən ödəməli olacağı adil bir bədəl olacaq”.

İsraildə millət vəkillərinə göndərilən təhdid məktubları müzakirə olunarkən, “New York Times” qəzeti İsrail cəmiyyətindəki radikallaşmanı İordan çayının qərb sahilindəki Homeş nümunəsi ilə izah edib.

İsrail ordusu 2005-ci ildə Qəzzadan geri çəkilərkən İordan çayının qərb sahilindəki 4 yəhudi yaşayış məntəqəsini müdafiə etməkdə çətinlik çəkdiklərini əsas gətirərək onların hamısını dağıtmaq qərarına gəlmişdi. Lakin illər sonra Benyamin Netanyahu hökumətindəki radikal sağçı nazirlər 4 qəsəbənin bərpası üçün kampaniyaya başladılar və həmin yaşayış məntəqəsindən biri olan Homeş prosesin simvolu oldu.

İsrail hökuməti keçən il Homeşda yəhudi məskənlərinin bərpasına qərar versə də, Ali Məhkəmə bölgədəki fələstinli torpaq sahiblərinin təhlükəsizliyini əsas gətirərək qərarı ləğv edib.

Lakin məhkəmənin qərarını tanımayan 50-yə yaxın yəhudi köçkün bölgədə çadırlar və yığma dini məktəblər quraraq burada məskunlaşıb.

Fələstinlilər bildiriblər ki, yəhudi köçkünlər evlərə soxulub, mal-qaranı oğurlayıb və tarlaları yandırıblar.

Oxunma sayı 146
Siyasət rubrikasından digər xəbərlər