DGK bu il büdcəyə 1,2 milyard manat vəsait köçürüb

13:29 06.04.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Dövlət Gömrük Komitəsi (DGK) 2022-ci il yanvar-mart ayları üçün nəzərdə tutulan büdcə öhdəliyini 123,58 faiz yerinə yetirib.

Hafta.az-ın məlumatına görə, bunu DGK sədri Səfər Mehdiyev "Twitter" səhifəsində bildirib.

"İlkin məlumata görə 1 milyard 230,84 milyon manat vəsait dövlət büdcəsinə köçürülüb ki, bu da nəzərdə tutulan proqnozdan 234,84 milyon manat artıq deməkdir", - S.Mehdiyev yazıb.